satellite   Azerspace-1: 11135 H 30000

"Hatayspor" klubunun idman direktoru və futbolçusu dağıntılar altında qalıb

"Hatayspor" klubunun idman direktoru və futbolçusu dağıntılar altında qalıb

Türkiyənin “Hatayspor” klubunun daha iki üzvü dağıntılar altında qalıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə tanınmış jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

O bildirib ki, Super Liqa təmsilçisinin idman direktoru Taner Savut və qanalı futbolçusu Kristian Atsu zəlzələ nəticəsində dağıntılar altında qalıblar. Xilasedicilər həm klub rəsmisinin, həm də Qana millisinin hücumçusunun axtarışını davam etdirirlər.

Qeyd edək ki, “Hatayspor”un məşqçisi Gökhan Kağıtçıoğlu və futbolçusu Burak Öksüz dağıntılar altından çıxarılaraq, xilas edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM