Şimali Kipr Türk Respublikasında Türkiyədə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı 7 günlük matəm elan edilib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ersin Tatar tviter hesabında paylaşım edib.
“Allah millətimizə qüvvət versin. Allahdan həyatını itirən qardaşlarımıza rəhmət, yaralananlara şəfa diləyirəm”, - Ersin Tatar tviter hesabında yazıb.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 2 379 nəfər həlak olub, yaralananların sayı isə 14 min 483 nəfərə çatıb. Təbii fəlakət zamanı 6 200-dən çox bina dağılıb.
