satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb

Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb

Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata görə, 2022-ci ildə 36 623 körpə doğulub. Bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 270 körpə azdır. Hesabat dövründə 4 525 boşanma hadisəsi qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 91 hadisə çoxdur.

Statistika Komitəsinin məlumatına əsasən, nikahların sayında da azalma qeydə alınıb. Bildirilib ki, 2022-ci ildə 16 795 nikah bağlanıb. Bu, bir il əvvəlki göstəricidən 370 hadisə azdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM