satellite   Azerspace-1: 11135 H 30000

Rusiya sülhməramlıları sırasında yeni çağırışçılar qulluq edə biləcək

Rusiya sülhməramlıları sırasında yeni çağırışçılar qulluq edə biləcək

Rusiyanın Müdafiə Nazirliyi bütün hərbçilərin, o cümlədən çağırışçıların sülhməramlı missiyada iştirak etməsi barədə təklif irəli sürüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi RBK-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi qanun layihəsi hazırlayıb.

Məlumata görə, nazirlik hərbi və mülki heyətin sülhməramlı missiyada iştirakının təmin olunması qaydası haqqında qanuna dəyişiklik təklif edir.

Mövcud əsasnaməyə əsasən, sülhməramlı missiyada yalnız hərbi qulluqçular, müqavilə əsasında işləyən və ilkin xüsusi hazırlıq keçmiş işçilər könüllülük əsasında iştirak edə bilərlər.

Yeni düzəlişlərə əsasən, bütün hərbi qulluqçular, o cümlədən çağırışçılar sülhməramlılar sırasına cəlb olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM