satellite   Azerspace-1: 11135 H 30000

“Toyota” Rusiyaya avtomobil detalları göndərmir

“Toyota” Rusiyaya avtomobil detalları göndərmir

Yaponiyanın “Toyota Motor” avtomobil konserni Rusiyaya detallar göndərmir, lakin sanksiyalara məruz qalmayan komponentlər dilerlər vasitəsilə oraya aparıla bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Toyota Motor” konserninin mətbuat xidməti məlumat yayıb. “Kompaniyamız Rusiyaya detal göndərilməsini bərpa etməyib, bu, həqiqətə uyğun deyil”, - deyə məlumatda bildirilib.

“Toyota” Rusiyanın Sankt-Peterburq şəhərindəki yığım müəssisəsini 2022-ci ilin sentyabrında bağlayıb. Zavod ildə 100 min avtomobil istehsalı üçün nəzərdə tutulmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM