satellite   Azerspace-1: 11135 H 30000

ABŞ şirkətlərinin 20 faizi işçilərini ixtisar edə bilər

ABŞ şirkətlərinin 20 faizi işçilərini ixtisar edə bilər

ABŞ-ın “Boeing” şirkəti 2023-cü ildə təxminən 2000 işçisini ixtisar etməyi planlaşdırır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə bazar ertəsi “The Seattle Times” nəşri yazıb.

Qeyd olunur ki, ixtisara düşəcək şəxslərin funksiyalarının bir hissəsini Hindistanın “Tata Consulting Services” şirkəti yerinə yetirəcək.

Məlumata görə, ABŞ şirkətlərinin təxminən 20 faizi iqtisadi vəziyyətin pisləşməsi səbəbindən işçilərini ixtisar edə bilər.

Amerikanın “Goldman Sachs” bankı artıq 3,2 min iş yerini ixtisar edən ən böyük raundlardan birinə başlayıb.

“Microsoft” 2023-cü ildə təxminən 10 min işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

Mütəxəssislərin fikrincə, bu cür tədbirlər qlobal iqtisadiyyatın inkişaf tempinin aşağı düşməsi ilə əlaqədardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM