satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan sabah zəlzələ bölgəsinə gedəcək

Ərdoğan sabah zəlzələ bölgəsinə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah səhər saatlarından zəlzələ bölgəsini ziyarət etməyə başlayacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili Yakup Taşın ailəsinə başsağlığında bildirib.

"Allah səbr versin. Bütün Taş ailəsinə başsağlığı verirəm. İnşallah sabah səhərdən zəlzələ baş verən ərazilərə gedəcəyəm", - Ərdoğan deyib.

Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM