satellite   Azerspace-1: 11135 H 30000

Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib - YENİLƏNİB

Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib<font color='red'> - YENİLƏNİB</font>

Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2032-yə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Suriyadakı nümayəndəliyindən bildirilib.

Məlumata görə, həmçinin 5 minə yaxın ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM