satellite   Azerspace-1: 11135 H 30000

Yunan televiziyasından təqdirəlayiq addım: Türkiyənin acısını belə bölüşdülər - VİDEO

Qəhrəmanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələdən sonra zəlzələdən zərər çəkmiş 10 vilayətdə işlər tam sürətlə davam edir. Türkiyəyə dünyanın hər yerindən yardımlar gəldiyi bir zamanda ilk gündən zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə dəstək verən Yunanıstan daha bir təqdirəlayiq addım atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Yunanıstanın EPT (The Hellenic Broadcasting Corporation) telekorporasiyasının əsas və ölkədə ən populyar kanalı Türkiyədəki zəlzələnin görüntülərini Qaradəniz musiqisi fonunda paylaşıb.

Bundan əlavə Yunanıstanın radikal və millətçi "Kathimerini" qəzeti "Charlie Hebdo"-nun Türkiyədəki zəlzələ ilə bağlı karikaturasına “Biz hamımız Türkiyəliyik” deyə cavabını verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM