satellite   Azerspace-1: 11135 H 30000

Fuat Oktay ərazidə olan afterşokların və yardım əli uzadan ölkələrin sayını açıqlayıb

Fuat Oktay ərazidə olan afterşokların və yardım əli uzadan ölkələrin sayını açıqlayıb

“Təbii fəlakətin baş verdiyi ərazidə indiyədək 790 afterşok (təkrar yeraltı təkanlar) olub. Onlardan üçü 6 bal, 24-ü isə 5 və 6 bal arası gücündə olub”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay mətbuata açıqlamasında söyləyib.

Siyasətçi, həmçinin Türkiyəyə yardım əli uzadan ölkələrin son sayını da açıqlayıb. Onun sözlərinə görə, 66 ölkədən xilasedicilər Türkiyəyə yardım etmək üçün gəliblər və ya gələcəklər. F.Oktay qeyd edib ki, həmin dövlətlərdən 4 931 xilasedici artıq sahədə fəaliyyətdədir, 1 756 nəfər isə gələcək.

O əlavə edib ki, hazırda yerlərdə olan xilasedicilərin ümumi sayı 103 min 800-dür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM