satellite   Azerspace-1: 11135 H 30000

Aİ Türkiyə və Suriyaya yardım məqsədilə donor konfransı təşkil edəcək

Aİ Türkiyə və Suriyaya yardım məqsədilə donor konfransı təşkil edəcək

Avropa İttifaqı (Aİ) Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə kömək məqsədilə donor konfransı təşkil edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TRT telekanalına istinadla xəbər verir ki, bu barədə Aİ Komissiyasından verilən açıqlamada bildirilib.

Açıqlamada məqsədin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək olduğu və konfransın martın əvvəlində Brüsseldə keçirilməsinin planlaşdırıldığı bildirilib.

Qeyd edilib ki, yüksək səviyyəli konfrans Aİ-yə üzv ölkələrlə yanaşı, qonşu dövlətlər, BMT-yə üzv ölkələr, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM