satellite   Azerspace-1: 11135 H 30000

Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım göndərib - FOTOLAR

Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım göndərib<font color=red> - FOTOLAR</font> Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım göndərib<font color=red> - FOTOLAR</font> Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım göndərib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə yaxın dəqiqələrdə Qaziantep hava limanına yola düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

Bildirilib ki, yük təyyarəsi faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən 36 ton humanitar yardımı aparır. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Fondun Türkiyəyə ezam olunan əməkdaşları yardımı faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM