satellite   Azerspace-1: 11135 H 30000

KİV: Ermənistanda ombudsman səlahiyyətlərini icra edən şəxs təyin edilib

KİV: Ermənistanda ombudsman səlahiyyətlərini icra edən şəxs təyin edilib

Ermənistanda Qrant Cilavyan ombudsmanın səlahiyyətlərini müvəqqəti icra edən şəxs vəzifəsinə təyin edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Hraparak“ qəzeti yazıb.

Qeyd olunub ki, Kristine Qriqoryanın istefasından sonra bu artıq ikinci təyinatdır. Ermənistanın yeni ombudsmanı hələ seçilmədiyi üçün vəzifəni müvəqqəti icra etmək üçün ombudsman aparatının şöbə müdiri Vladimir Ovanisyan təyin edilmişdi, lakin yaxın günlərdə məlum olub ki, Ovanisyan artıq bu vəzifəni yerinə yetirmir.

Hazırda Ovanisyanın yerinə ombudsman aparatının departament rəhbəri Qrant Cilavyan təyin edilib.

Xatırladaq ki, Kristine Qriqoryan yanvarın 23-də ombudsman vəzifəsindən istefa vermək barədə ərizə ilə müraciət edib. Buna səbəb kimi onun Ali Məhkəmə-Hüquq Şurasına keçidi göstərilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM