satellite   Azerspace-1: 11135 H 30000

İsveç “Qurani-Kərim”in yandırılması ilə bağlı növbəti aksiyaya icazə verməyib

İsveç “Qurani-Kərim”in yandırılması ilə bağlı növbəti aksiyaya icazə verməyib

İsveç polisi Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “Qurani-Kərim”in yandırılması ilə bağlı növbəti aksiyanın keçirilməsinə icazəni verməkdən imtina edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, polis bu qərarın verilməsinə səbəb kimi, daha əvvəl baş tutan oxşar aksiyalar nəticəsində İsveçə qarşı təhdidlərin artması barədə xüsusi xidmət orqanlarının xəbərdarlığını qeyd edib.

İsveç polisinin saytında yerləşdirilən məlumata əsasən, “Qurani-Kərim”in daha əvvəl yandırılması beynəlxalq səviyyədə kəskin reaksiyalara səbəb olub və bu, ölkəyə qarşı təhdidlərin artmasına səbəb olub. Yeni aksiya "milli təhlükəsizliyin ciddi pozulmasına" səbəb ola bilər.

Aksiyanı keçirmək istəyən mədəniyyət birliyi polisin qərarına cavab olaraq inzibati məhkəməyə müraciət edəcəyini bildirib.

Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı “Qurani-Kərim” yandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM