satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda riskli hesab olunan məktəblərdə dərslər dayandırılıb

İstanbulda riskli hesab olunan məktəblərdə dərslər dayandırılıb

Türkiyənin İstanbul şəhərində 93 məktəbdə fevralın 20-də dərslər keçirilməyəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təhlükəsizlik baxımdan riskli hesab olunan məktəblərdəki şagirdlər başqa təhsil müəssisələrinə təxliyə olunacaqlar.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 39 672 nəfər dünyasını dəyişib.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM