satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya Türkiyəyə 8,5 milyon dollar dəyərində humanitar yardım göndərəcək

 Yaponiya Türkiyəyə 8,5 milyon dollar dəyərində humanitar yardım göndərəcək

Yaponiya xeyli sayda insan ölümünə və böyük dağıntılara səbəb olan zəlzələ ilə əlaqədar Türkiyəyə 8,5 milyon ABŞ dolları dəyərində humanitar yardım göndərəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə Baş nazir Kişida Fumio Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı məlumat verib. Baş nazir zəlzələ nəticəsində böyük insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Qeyd edək ki, Yaponiya dağıdıcı zəlzələ ilə əlaqədar Türkiyəyə ilk yardım göstərən ölkələrdən biridir. Yaponiya xilasediciləri və ilk tibbi heyəti fevralın 8-dən Türkiyənin zəlzələdən zərər görən bölgəsində fəaliyyətə başlayıb. Ardınca 36 nəfərlik daha bir tibbi heyət Türkiyəyə yollanıb. Bundan başqa, ötən günlərdə bir neçə dəfə Yaponiyadan Türkiyəyə humanitar yardım, o cümlədən çadırlar, yataqlar, tibbi ləvazimatlar göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM