satellite   Azerspace-1: 11135 H 30000

“Leopard 2” tanklarının istehsalı artırıla bilər

“Leopard 2” tanklarının istehsalı artırıla bilər

“Leopard 2” tanklarının istehsalçısı “Krauss-Maffei Wegmann” istehsalı əhəmiyyətli dərəcədə artırmaq üçün hər hansı maneə görmür.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə cümə günü DPA agentliyi şirkətin rəhbəri Ralf Ketselə istinadən məlumat yayıb.

Agentlik Ketselin sözlərini sitat gətirib: “İndiyə qədər heç kim bizə bunun mümkün olmadığına dair siqnal göndərməyib. Bizə aydın siyasi konsensus lazımdır”.

Qeyd edək ki, yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndərəcəyini və digər ölkələrə bu tankların təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, “Leopard 2” martın sonuna qədər Ukraynaya göndəriləcək.

Almaniya hökuməti fevralın 7-də Kiyevə 178 “Leopard 1A5” tankının göndərilməsini də təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM