satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin baş katibi qlobal maliyyə sistemində dəyişiklik etməyə çağırıb

BMT-nin baş katibi qlobal maliyyə sistemində dəyişiklik etməyə çağırıb

Hazırkı qlobal maliyyə sistemi inkişaf etməkdə olan ölkələrin maraqlarına xidmət etmir və dəyişdirilməlidir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən Afrika İttifaqının (AU) dövlət və hökumət başçılarının sammitində BMT-nin baş katibi Antonio Quterreş deyib.

Cənubi Afrikanın SABC radiostansiyası ondan sitat gətirib: “Qlobal maliyyə sistemi zəifləyir, ədalətsizdir və inkişaf etməkdə olan ölkələrin maraqlarına xidmət etmir. Bu ölkələr yaranmış borca və yüksək faiz dərəcələrinə görə çətin vəziyyətdə qalıblar.”

Quterreş inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamaq üçün qlobal maliyyə arxitekturasının yenidən nəzərdən keçirilməsinə çağırıb.

Şənbə günü AU-nun 2023-cü il üçün sədri vəzifəsinə başlayan Komor adalarının prezidenti Azali Assoumani sammitdə Afrika ölkələrinin xarici borclarını tamamilə ləğv etməyə çağırıb. Onun sözlərinə görə, bu addım qitədə iqtisadi artıma gətirib çıxaracaq və Ukrayna böhranının mənfi nəticələrinin qarşısını almağa kömək edəcək.

AU-nun sammiti ilk növbədə iqtisadi məsələlərə, o cümlədən Afrika qitəsinin azad ticarət zonasının fəaliyyətinə həsr olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM