satellite   Azerspace-1: 11135 H 30000

Təbrizdə binalar çöküb, ölənlər və yaralananlar var

Təbrizdə binalar çöküb, ölənlər və yaralananlar var

İran İslam Respublikasının şimal-qərbində yerləşən Şərqi Azərbaycan əyalətində, Təbriz şəhərinin şərq hissəsində bazar günü dörd binanın uçması nəticəsində azı iki nəfər həlak olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə IRNA agentliyi yerli xilasetmə xidmətlərinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, azı altı nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

Binaların çökməsinə səbəb kimi qaz partlayışı göstərilir.

Hadisə yerinə xilasedicilər və tibb işçiləri cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM