satellite   Azerspace-1: 11135 H 30000

Slovakiya MN: “MiQ-29” qırıcılarının Ukraynaya verilməsi ölkənin müdafiə qabiliyyətini azaltmayacaq

Slovakiya MN: “MiQ-29” qırıcılarının Ukraynaya verilməsi ölkənin müdafiə qabiliyyətini azaltmayacaq

Sovet “MiQ-29” qırıcılarının Ukraynaya təhvil verilməsi Slovakiyanın müdafiə qabiliyyətinə təsir etməyəcək, çünki bu təyyarələr uzun müddətdir istifadə olunmur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) rəhbəri Yaroslav Nad bildirib.

“Slovakiya artıq “MiQ-29” qırıcılarından istifadə etmir. Bu qırıcılar üçün pilotlar hazırlanmır və onların saxlanılması əlavə xərc tələb edir. “MiQ-29”ların Ukraynaya bağışlanması respublikanın müdafiə qabiliyyətini azaltmayacaq”, - deyə nazir qeyd edib.

O həmçinin deyib ki, qırıcıların dəyərinin 50-60 faizi Avropa İttifaqı vasitəsilə Slovakiyaya ödəniləcək.

Y.Nad əlavə edib ki, əgər bu qırıcıların Ukraynaya verilməsi gündəmə gəlsə, o zaman bu məsələ ilk növbədə Slovakiya parlamentində müzakirə olunacaq.

Onun sözlərinə görə, ölkənin Hərbi Hava Qüvvələrində “MiQ-29”u idarə edə bilən cəmi 4 pilot var və belə pilotların hazırlanması Slovakiyanın əvvəlki hökuməti tərəfindən dayandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM