satellite   Azerspace-1: 11135 H 30000

İranda məktəbli qızların zəhərlənməsi ilə bağlı 100-dən çox adam həbs edilib

İranda məktəbli qızların zəhərlənməsi ilə bağlı 100-dən çox adam həbs edilib

İran hakimiyyəti məktəblərdə zəhərlənmə ittihamı ilə yüzdən çox adamı həbs edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlardan bəziləri “fəsad ucbatından”, digərləri isə “əhalini və tələbələri dəhşətə gətirmək, məktəbləri bağlamaq və İrana qarşı skeptisizm yaratmaq məqsədilə” zərərsiz, xoşagəlməz iyli maddələrdən istifadə ediblər. Sonuncuların terror təşkilatları ilə əlaqəsi yoxlanılır.

Qeyd edək ki, əsasən qızlardan ibarət hər iki cinsdən olan 1 000-dən çox məktəbli zəhərlənib. Onların bəziləri xəstəxanada müalicə almalı olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM