satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda ekstremistlərin hücumu zamanı dörd polis həlak olub

Pakistanda ekstremistlərin hücumu zamanı dörd polis həlak olub

Pakistanda ekstremistlərin Hayber-Paxtunxva əyalətindəki nəzarət-buraxılış məntəqələrinin birinə hücumu nəticəsində azı dörd polis əməkdaşı həlak olub, altı nəfər yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “The News” nəşrinə istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Hücumun qarşısını almaq üçün köməyə göndərilən dörd polis əməkdaşı ekstremistlərin yolda yerləşdirdikləri partlayıcı qurğunun işə düşməsi nəticəsində həyatını itirib.

Hücum dəf edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Pakistanda qadağan edilmiş “Təhrik-e-Taliban” qruplaşması 2022-ci ilin iyununda hökumətlə bağladığı atəşkəs sazişindən çıxdığını elan etdikdən sonra Hayber-Paxtunxva əyalətində vəziyyət gərginləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM