satellite   Azerspace-1: 11135 H 30000

Yekaterinburqda amerikalı jurnalist casusluq ittihamı ilə həbs olunub

Yekaterinburqda amerikalı jurnalist casusluq ittihamı ilə həbs olunub

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda casusluqda ittiham olunan “Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçi həbs edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, TASS agentliyi bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadla məlumat yayıb.

“Evan Qerşkoviçin ABŞ hökumətinin tapşırığı ilə Rusiyanın hərbi-sənaye kompleksinin müəssisələrinin birinin fəaliyyəti ilə bağlı dövlət sirri olan məlumatları topladığı müəyyən edilib. O, Yekaterinburqda məxfi məlumatları almağa cəhd göstərən zaman saxlanılıb”, - deyə məlumatda bildirilir.

FTX-nin İstintaq Komitəsi tərəfindən casusluq faktı ilə bağlı cinayət işi başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM