satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada 174 min kvadratkilometr ərazi mina və mərmilərlə çirklənib

Ukraynada 174 min kvadratkilometr ərazi mina və mərmilərlə çirklənib

Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynada 174 min kvadratkilometr ərazi mina və mərmilərlə çirklənib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu rəqəmi Ukrayna Prezidenti Volodimir Zelenski Avstriya parlamentinə videomüraciəti zamanı səsləndirib.

"Ukrayna ərazisinin 174 min kvadratkilometri mina və partlamamış hərbi sursatlarla çirklənib. Çirklənmiş həmin ərazi iki Avstriya ərazisinə bərabərdir. Bunlar yüz minlərlə piyada və tank əleyhinə minalar, raket artilleriyasından atılan raketlər, aviasiya mərmiləri, digər mərmilər və partlamayan, tarlalarda ilişib qalan sursatlardır”, - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, işğalçılar mülki binalara, bağlara, parklara partlayıcı maddələr yerləşdirib. Eyni zamanda azad edilmiş ərazilərdə kamuflyajlı qumbaraatanlar demək olar ki, hər gün ukraynalıların həyatına son qoyur.

"Təəssüf ki, hər gün insanların ölümünə və şikəst olmasına səbəb olan partlayışlar barədə xəbərlər gəlir”, - deyə Volodimir Zelenski vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM