satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Prezidentinin Türkiyəyə səfəri ilə bağlı hələlik qərar qəbul edilməyib

Rusiya Prezidentinin Türkiyəyə səfəri ilə bağlı hələlik qərar qəbul edilməyib

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı hələlik dəqiq qərar qəbul edilməyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

O bildirib ki, aprelin 27-də Türkiyədə “Akkuyu” atom elektrik stansiyasının açılış mərasimində V.Putinin iştirakının formatı müzakirə olunur. Onun Türkiyəyə səfər edəcəyi, yaxud açılışa videokonfrans vasitəsilə qatılacağı hələlik məlum deyil.

D.Peskov “Akkuyu” AES-in inşasının Rusiya-Türkiyə münasibətlərində əhəmiyyətli rol oynadığını qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 27-də “Akkuyu” AES-ə nüvə yanacağının doldurulması mərasimində V.Putinin iştirak edə biləcəyini demişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM