satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda məbəddə baş verən bədbəxt hadisə nəticəsində ölənlərin sayı 35-ə çatıb

Hindistanda məbəddə baş verən bədbəxt hadisə nəticəsində ölənlərin sayı 35-ə çatıb

Hindistanın Madhya Pradeş ştatında məbəddə döşəmənin çökməsi nəticəsində quyuya düşərək ölənlərin sayı 35-ə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Hindistan NDTV kanalı məlumat yayıb.

İndor şəhərindəki mağara məbəddə zəvvarların sayının çoxluğu səbəbindən döşəmə çöküb və adamlar quyuya düşüblər.

Hadisə nəticəsində xəsarət alan 13 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlər arasında qadınlar və uşaqlar da var. İtkin düşən bir nəfərin axtarışları davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM