satellite   Azerspace-1: 11135 H 30000

Şimali Makedoniya Ukraynaya döyüş helikopterləri göndərəcək

Şimali Makedoniya Ukraynaya döyüş helikopterləri göndərəcək

Şimali Makedoniya hökuməti Ukraynaya döyüş helikopterlərinin göndərilməsi ilə bağlı qərar qəbul edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, müdafiə naziri Slavyanka Petrovska Ukraynaya sovet istehsalı olan 12 ədəd “Mİ-24” döyüş helikopterinin göndəriləcəyini bildirib. O deyib ki, 1984-cü ildə istehsal olunmuş və 2001-ci ildə Ukraynadan alınmış “Mİ-24” döyüş helikopterlərinin böyük əksəriyyəti ehtiyat hissələrinin çatışmazlığı səbəbindən səkkiz ildən çoxdur istismardan çıxarılıb. Həmin helikopterlər Ukraynaya ianə olunacaq.

Xatırladaq ki, Şimali Makedoniya ötən ilin ortalarında sovet dövründən qalan tankları Ukraynaya göndərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM