satellite   Azerspace-1: 11135 H 30000

Xersona 440-a yaxın mərmi atılıb: ölənlər və yaralananlar var

Xersona 440-a yaxın mərmi atılıb: ölənlər və yaralananlar var

Rusiya ordusu ötən gün Xerson vilayətini 54 dəfə atəşə tutub. Düşmən ağır artilleriya, aviasiya və “Qrad”lardan 439 mərmi atıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyi Xerson vilayətinin hərbi administrasiyasının başçısı Aleksandr Prokudinin teleqram kanalına istinadla xəbər verir. Onun sözlərinə görə, işğalçılar Xerson şəhərinə 5 dəfə hücum ediblər. Atılan mərmilərin 27-si şəhərin yaşayış məhəllələrinə, fərdi evlərə və çoxmənzilli binalara düşüb. Hücum nəticəsində 3 mülki şəxs həlak olub, 2 nəfər yaralanıb.

Bundan əlavə, martın 31-də Xerson vilayətinin işğal olunmuş ərazisindən 91 mülki şəxs təxliyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM