satellite   Azerspace-1: 11135 H 30000

Papa Fransisk xəstəxanadan evə buraxılıb

Papa Fransisk xəstəxanadan evə buraxılıb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk aprelin 1-də xəstəxanadan evə buraxılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Fransisk xəstəxanada müalicə olunan uşaqlara baş çəkib və yeni doğulanları vəftiz edib, hədiyyələr paylayıb. Daha sonra o, Vatikandakı iqamətgahı Santa Martaya yola düşüb.

Aprelin 2-də Papa Fransiskin iştirakı ilə Müqəddəs Pyotr meydanında Pasxa bayramından əvvəl qeyd olunan “Palma bazarı” günü keçiriləcək.

Xatırladaq ki, 86 yaşlı Fransisk martın 29-da təcili yardım avtomobili ilə Romadakı Gemelli xəstəxanasına yerləşdirilmiş və ona tənəffüs yolu infeksiyası diaqnozu qoyulmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM