satellite   Azerspace-1: 11135 H 30000

Kiyevə növbəti dəfə kamikadze dronlarından hücum olub

Kiyevə növbəti dəfə kamikadze dronlarından hücum olub

Aprelin 21-də gecə saatlarından başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhəri növbəti dəfə kamikadze dronlarının hücumuna məruz qalıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, hava həyəcan siqnalı çalındıqdan sonra gecə boyu Ukraynanın hava hücumundan müdafiə sistemi işləməyə başlayıb.

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Kiyevə gecə hücumu zamanı Müdafiə Qüvvələri 8 PUA-nı aşkar edərək vurub.

Məlumata görə, 25 gündən sonra Rusiya yenidən Kiyevə hücum etməyə cəhd edib.

İlkin məlumata görə, Rusiya silahlı qüvvələri İranın “Şahed” kamikadze dronlarının yeni partiyasından istifadə edib.

Tələfat və dağıntı olmadığı bildirilir.

Xatırladaq ki, aprelin 21-nə keçən gecə Ukrayna ərazisində genişmiqyaslı hava həyəcanı elan edilib, Xarkov və Slavyanskda da partlayış səsləri eşidilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM