satellite   Azerspace-1: 11135 H 30000

Koreya sahillərində yanan gəmidə Rusiyanın iki dənizçisinin meyiti aşkarlanıb

Koreya sahillərində yanan gəmidə Rusiyanın iki dənizçisinin meyiti aşkarlanıb

Koreya Respublikası (Cənubi Koreya) sahillərində yanan gəmidə Rusiyanın iki dənizçisinin meyiti aşkarlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi aprelin 21-də məlumat yayıb.

Bildirilib ki, dənizçilərin meyiti gəminin göyərtəsində aşkar edilib. Daha iki nəfərin meyitinin axtarışı davam edir.

Bir müddət əvvəl Rusiya gəmisinin Cənubi Koreyada yandığına dair məlumat yayılmışdı. Gəminin göyərtəsində 25 heyət üzvü olub. Onlardan 21-i xilas edilib, 4-nün axtarışı aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM