satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Ayasofya Kəbir məscidində bayram namazı qılıb

Ərdoğan Ayasofya Kəbir məscidində bayram namazı qılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya Kəbir məscidində bayram namazı qılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Türkiyə lideri bayram təbriki zamanı Qaradəniz qazının hasilatı ilə bağlı məsələyə toxunub:

“Hazırda həm seysmik tədqiqatlar, həmçinin qazma işləri davam edir ki, bu da qaz hasilatını artırmağa səbəb olur. Ölkənin hər bir rayonu bizim Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən qazla təmin ediləcək”.

Ərdoğan onu da qeyd edib ki, Nurdağı və Qaziantepə səfər edəcək. Səfər proqramı çərçivəsində Türkiyənin zəlzələdən zərər çəkmiş Hatay bölgəsinə də gedə bilər.

Türkiyənin ilk elektromobili “Togg”un hazırda müxtəlif ölkələrə ixrac olunduğunu vurğulayan Ərdoğan əlavə edib ki, avtomobillərin bir qismi bir sıra ölkə liderlərinə təqdim olunub və onlar “Togg”dan çox razıdırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM