satellite   Azerspace-1: 11135 H 30000

Stoltenberq: NATO-ya üzv ölkələr Ukraynanın alyansın üzvü olacağı ilə razılaşıblar

Stoltenberq: NATO-ya üzv ölkələr Ukraynanın alyansın üzvü olacağı ilə razılaşıblar

Ukrayna Prezidenti Volodimir Zelenski alyansın Vilnüsdə keçiriləcək yay sammitinə dəvət olunub. O, sammitdə iştirak edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq “Ramştayn” formatında görüşdən əvvəl keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, sammitdə Ukraynaya lazımi həcmdə dəstək təsdiqlənməli, bu ölkənin sovet standartları və doktrinalarından NATO standartları və doktrinalarına keçməsinə kömək edəcək çoxillik proqram qəbul edilməlidir.

Stoltenberq vurğulayıb ki, NATO-ya üzv olan bütün ölkələr Ukraynanın alyansın üzvü olacağı ilə razılaşıblar. Lakin onun sözlərinə görə, indi diqqət Ukraynanın qələbəsini təmin etməyə yönəlib. Suveren və müstəqil Ukrayna olmadan onun NATO-ya üzvlüyünü müzakirə etməyin mənası yoxdur.

Qeyd edək ki, NATO-nun yay sammiti iyulun 11-12-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM