satellite   Azerspace-1: 11135 H 30000

Sudanda toqquşmalarda 250-dən çox dinc sakin ölüb

Sudanda toqquşmalarda 250-dən çox dinc sakin ölüb

Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmaların başlamasından bəri 250-dən çox dinc sakin ölüb, 1454 nəfər yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Sudan Həkimlər İttifaqı məlumat verib.

Qeyd edilib ki, toqquşmalar başlayandan bəri ölən mülki vətəndaşların sayı 256-ya yüksəlib.

Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM