satellite   Azerspace-1: 11135 H 30000

İrkutskda yanğında 4 nəfər həlak olub

İrkutskda yanğında 4 nəfər həlak olub

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində bazar günü gecə bağ evində baş verən yanğın 4 nəfərin həyatına son qoyub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Yanğının söndürülməsi zamanı yanğınsöndürənlər yanan evin içərisində ölənləri aşkar ediblər: üç böyük və bir uşaq”, - məlumatda deyilib.

Ümumi yanğın sahəsi 60 kvadratmetr olub. Yanğının və onun nəticələrinin aradan qaldırılması səhər saatlarına qədər davam edib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin müstəntiqləri işləyir, yanğının səbəblərini müəyyənləşdirirlər.

Faktla bağlı cinayət işi açılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM