satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 10 nəfər yaralanıb

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 10 nəfər yaralanıb

Türkiyədə Anadolu avtomagistralının Kocaeli şəhərindən keçən hissəsində xidməti mikroavtobus qəzaya uğrayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.

Bildirilib ki, paytaxt Ankara istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin qəzaya uğramasına səbəb onun yoldan çıxaraq aşması olub.

Olay yerinə polis, fövqəladə hallar xidməti, habelə təcili tibbi yardım briqadaları cəlb olunub. Qeyd olunub ki, xilasedicilər mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəzada yaralananlar Kocaeli və Sakaryanın xəstəxanalarına yerləşdiriliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM