satellite   Azerspace-1: 11135 H 30000

Braziliyalı təyyarə istehsalçısı NATO standartlarına uyğun hərbi təyyarələr istehsal edəcək

Braziliyalı təyyarə istehsalçısı NATO standartlarına uyğun hərbi təyyarələr istehsal edəcək

Braziliyanın təyyarə istehsalçısı “Embraer” Portuqaliyanın aerokosmik şirkəti OGMA ilə birgə NATO tələblərinə cavab verən təyyarələr istehsal edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Braziliyanın “Embraer SA” təyyarə şirkəti “Super Tucano” adlı yüngül hücum təyyarəsi də daxil olmaqla bir neçə növ təyyarə istehsal edir. Keçən həftə təyyarə istehsalçısı NATO konfiqurasiyasında “A-29 Super Tucano”nu buraxıb.

“Şirkətin təyyarələrinin NATO-da sertifikatlaşdırılması Avropa və digər bazarlara qapı aça bilər”, - Braziliyanın müdafiə naziri Xose Musio bildirib.

“Embraer” Portuqaliyanın OGMA şirkətinin kapitalının 65 %-nə sahibdir. Musio vurğulayıb ki, Portuqaliyada təyyarə istehsalı vacibdir, çünki o, artıq NATO-nun ilkin tələblərinə cavab verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM