satellite   Azerspace-1: 11135 H 30000

ABŞ üz tanıma texnologiyası ilə silah satışına başlayacaq

ABŞ üz tanıma texnologiyası ilə silah satışına başlayacaq

ABŞ-ın Kolorado ştatında yerləşən Biofire Tech şirkəti üz tanıma texnologiyasına malik ağıllı silah sifarişlərini qəbul etməyə başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Biofire tapançasını təkcə üzlə deyil, barmaq izi sensorundan istifadə etməklə də işə salmaq olar. Bu xüsusiyyətlər yalnız səlahiyyətli istifadəçilərin silahdan istifadə edə bilməsini və uşaqların ondan istifadə edə bilməməsini təmin etmək üçün nəzərdə tutulub.

Şirkət bildirib ki, 9 mm tapançanın ilk istifadəyə hazır versiyaları bu ilin dördüncü rübündə əvvəlcədən sifariş edilmiş müştərilərə göndərilə bilər, 1499 dollar dəyərində bir referans modeli isə 2024-cü ilin ikinci rübündə göndəriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM