satellite   Azerspace-1: 11135 H 30000

Putin və Ərdoğan “Akkuyu” AES-ə yanacağın çatdırılması mərasimində iştirak edəcək

Putin və Ərdoğan “Akkuyu” AES-ə yanacağın çatdırılması mərasimində iştirak edəcək

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Akkuyu atom elektrik stansiyasına (AES) yanacağın çatdırılması mərasimində videokonfrans vasitəsilə iştirak edəcəklər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Akkuyu” Atom Elektrik Stansiyasına (AES) nüvə yanacağının çatdırılması mərasimi gələn həftə baş tutacaq.

Yanacağın çatdırılmasından sonra bu obyekt nüvə obyekti statusunu alacaq.

Qeyd edək ki, AES İstanbulun 90 faizini enerji ilə təmin edə biləcək gücdədir. O, 60 il fəaliyyət göstərəcək. Bundan başqa, Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu Atom Elektrik Stansiyası"nda (NGS) ilk nüvə reaktorunun bu il istifadəyə verilməsi ilə nüvə enerjsinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,2 gigavata çatacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM