satellite   Azerspace-1: 11135 H 30000

Britaniya Sudandakı diplomatlarını təxliyə edib

Britaniya Sudandakı diplomatlarını təxliyə edib

Böyük Britaniya diplomatlarını və onların ailələrini Sudandan təxliyə edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə bildirib.

O qeyd edib ki, Britaniya üçün öz vətəndaşlarının təhlükəsizliyi prioritet olaraq qalır.

Kleverlinin sözlərinə görə, Britaniya Silahlı Qüvvələri səfirlik əməkdaşlarına qarşı zorakılıq və təhdidlərin əhəmiyyətli dərəcədə artması fonunda təxliyəni başa çatdırıb.

Bundan əlavə, XİN başçısı Sudanda münaqişə tərəflərinə müraciət edərək, silahları yerə qoymağa və mülki əhalinin münaqişə zonalarını tərk edə bilməsi üçün dərhal humanitar atəşkəsə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM