satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna kəşfiyyatı: "Həlledici döyüşlərə hazırlaşırıq"

Ukrayna kəşfiyyatı: "Həlledici döyüşlərə hazırlaşırıq"

“Ukrayna həlledici döyüşə hazırlaşır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov “RBK Ukraina”ya müsahibəsində deyib.

O bildirib ki, Ukraynanın müasir tarixi üçün əlamətdar döyüşlər yaxın vaxtda başlayacaq:

“Bu, faktdır. Hamı bunu başa düşür. Biz istəyirik ki, Qərb silah tədarükünü intensivləşdirsin, amma bu olmasa belə, biz əlimizdə olan silahlarla irəli gedəcəyik”.

Budanov həlledici döyüşlər kimi xarakterizə etdiyi əməliyyatların konkret nə vaxt başlayacağını açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski əks-hücum əməliyyatlarının yaxın vaxtda başlayacağını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM