satellite   Azerspace-1: 11135 H 30000

“Abrams” tankları ilin sonunadək Ukraynaya veriləcək

“Abrams” tankları ilin sonunadək Ukraynaya veriləcək

Amerikanın “Abrams M1A1” tankları, ehtimal ki, 2023-cü ilin sonuna qədər Ukraynaya çatdırılacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun spikeri general Patrik Rayder bildirib.

O qeyd edib ki, indi Almaniyada kadr hazırlığı davam etdiriləcək - bunun üçün xüsusi olaraq oraya “Abrams M1” tankları göndəriləcək.

“Bu tanklar (Almaniyaya göndəriləcək - red.) yalnız təlim üçün nəzərdə tutulacaq. Bunlar sonradan Ukraynaya gedəcək yenilənmiş tanklar deyil”, - o qeyd edib.

Onun sözlərinə görə, Ukraynaya gələn “Abrams M1А1” ölkədə gedən döyüşlərin xüsusiyyətlərinə uyğun təchiz ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM