satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda yeni atom enerji blokunun tikintisi üçün İşçi Qrup yaradılıb

Ermənistanda yeni atom enerji blokunun tikintisi üçün İşçi Qrup yaradılıb

Ermənistanda yeni atom enerji blokunun tikintisi üçün İdarələrarası İşçi Qrupun yaradılması barədə Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin elektron portalında məlumat verilib.

Qeyd olunub ki, Baş nazirin qərarı ilə İşçi Qrupunun tərkibi də təsdiq edilib.

“Yeni AES qurğusunun tikintisinin, kiçik modul reaktorların yerləşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı məsələlərin müzakirəsi, o cümlədən zəruri texnologiyaların seçilməsi və gələcək addımların ardıcıllığının müəyyən edilməsi, təhlillərin aparılması üçün İdarələrarası İşçi Qrupu yaradılsın və onun tərkibi təsdiq edilsin”, - qərarda deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:08 24.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM