satellite   Azerspace-1: 11135 H 30000

G7-nin maliyyə nazirləri Ukraynaya dəstək verdiklərini bəyan ediblər

G7-nin maliyyə nazirləri Ukraynaya dəstək verdiklərini bəyan ediblər

G7-nin maliyyə nazirləri Rusiyanın hərtərəfli hücumu fonunda Ukraynaya sarsılmaz dəstəklərini bir daha təsdiqləyiblər.

Naxçıvan televiziyası “Kyodo”ya istinadən xəbər verir ki, bunu Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki bildirib.

"Biz Ukraynanı dəstəkləməkdən çəkinməyəcəyimizi bir daha təsdiqlədik", - Suzuki Hindistanın qərbindəki Qandinaqar şəhərində G7-nin iclasına sədrlik etdikdən sonra deyib.

Ukraynanın maliyyə naziri Sergey Marçenko görüşə virtual qoşulub.

G7 ölkələrinin maliyyə nazirləri Rusiyaya qarşı iqtisadi sanksiyaların artırılması şəklində Moskvaya qarşı koordinasiyalı cavabı müzakirə ediblər. Siyasətçilər həmçinin G20 toplantısının gündəliyində olan transmilli korporasiyaları hədəf alan qlobal vergi islahatları məsələsini də qaldırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM