satellite   Azerspace-1: 11135 H 30000

Çexiyada irimiqyaslı meşə yanğını olub, xəsarət alanlar var

Çexiyada irimiqyaslı meşə yanğını olub, xəsarət alanlar var

Çexiyanın cənub diyarı Pisek şəhəri yaxınlığında baş verən yanğın təxminən 40 hektar meşə sahəsini əhatə edib.

Bu barədə Naxçıvan televiziyası “Radio Prague International”a istinadən xəbər verir.

Yanğınla mübarizə zamanı 5 xilasedici xəsarət alıb, lakin onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Yanğının söndürülməsinə 3 helikopter cəlb olunub. Yanğının səbəbi və dəymiş ziyanın həcmi hələ məlum deyil.

Həmçinin yanğınsöndürənlər Karlovı Varı vilayətinin Sokolov şəhəri yaxınlığındakı meşədə baş vermiş yanğınları söndürürlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM