satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 238 400 hərbçisi məhv edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın digər döyüş itkiləri 4115 tank, 8034 zirehli maşın, 3 828 operativ-taktiki PUA, 4 504 artilleriya sistemi, 315 təyyarə, 310 helikopter, 18 ədəd gəmi/kater, 7059 avtomobil texnikası və avtosisternlər, 677 xüsusi texnika təşkil edib.

Məlumata görə, Rusiya qoşunları hazırda əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində cəmləşdirib.

Ukrayna ordusu işğalçıların şəxsi heyətinin cəmləşdiyi ərazilərə 15 zərbə endirib. Xüsusilə, Ukrayna Silahlı Qüvvələri Baxmut və Berdyansk istiqamətlərində irəliləməyə davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM