satellite   Azerspace-1: 11135 H 30000

Zelenski Rusiyanın “Taxıl sazişi"ndən çıxmasına münasibət bildirib: "Biz qorxmuruq"

Zelenski Rusiyanın “Taxıl sazişi"ndən çıxmasına münasibət bildirib: "Biz qorxmuruq"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “Taxıl sazişi”ndən çıxmasını şərh edib.

Naxçıvan televiziyası xəbər verir ki, dövlət başçısının fikirlərini onun sözçüsü Sergey Nikiforov feysbukda yayıb.

“Qara Dəniz dəhlizinin Rusiya Federasiyası olmadan belə istifadəsi üçün hər şeyi etməliyik. Biz qorxmuruq. İri gəmiçilik şirkətləri bizə müraciət ediblər. Onlar bildiriblər ki, əgər Ukrayna icazə versə və Türkiyə yol versə, o zaman hamı taxıl daşınmasını həyata keçirməyə hazırdır”, - V.Zelenski bildirib.

Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.

Rusiya bu gün "Taxıl sazişi"dən çıxdığını bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM