satellite   Azerspace-1: 11135 H 30000

BMT: Zaporojye AES-də potensial insident təhlükəsi hələ də qalmaqdadır

BMT: Zaporojye AES-də potensial insident təhlükəsi hələ də qalmaqdadır

“Zaporojye Atom Elektrik Stansiyasında (AES) potensial insident təhlükəsi hələ də qalmaqdadır”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo deyib.

Onun sözlərinə görə, son bir neçə gün ərzində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin mütəxəssisləri AES-dən müəyyən məsafədə silsilə partlayışlar eşidiblər:

“Bu, hərbi münaqişə zamanı obyekti təhdid edən potensial nüvə təhlükəsizliyi risklərinin aydın xatırladılmasıdır”.

Zaporojye Avropanın ən böyük Atom Elektrik Stansiyasıdır. 2022-ci ilin fevral ayının sonunda Ukraynaya məxsus obyekt Rusiya ordusu tərəfindən nəzarətə götürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM