satellite   Azerspace-1: 11135 H 30000

KİV: "Ermənistanda daha bir neçə hərbi hissə komandiri həbs ediləcək"

KİV: "Ermənistanda daha bir neçə hərbi hissə komandiri həbs ediləcək"

Tezliklə Ermənistan Müdafiə Nazirliyinin daha bir neçə hərbi hissə komandiri həbs olunacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Ölkənin Korrupsiyaya qarşı Mübarizə Komitəsinin açıqlamasında qeyd edilib ki, hərbi hissə komandirlərindən biri “Massi yaz geyim fabriki”nin direktoruna himayədarlıq etmək məqsədi ilə ondan 1 9500000 dram (50 000 dollara yaxın) məbləğində rüşvət tələb etdiyi üçün həbs edilib.

Bildirilib ki, bu, komitənin aşkarladığı yeganə hadisə deyil.

Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində Ermənistan Müdafiə Nazirliyində bir çox komandirin pul qarşılığında əsgərlərin xidməti yerlərinin dəyişdirilməsi ilə bağlı cinayətkar şəbəkəsi də aşkarlanıb.

Belə bir mütəşəkkil cinayətkar dəstə Ermənistanın Ararat vilayətində də aşkar edilib: “Tezliklə daha çox komandir həbs olunacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM