satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin beş vilayətində meşə yanğınları davam edir

Türkiyənin beş vilayətində meşə yanğınları davam edir

Son günlər Türkiyədə davam edən və yüzlərlə hektar sahəyə yayılan meşə yanğınlarının bir hissəsi nəzarət altına alınıb.

Naxçıvan televiziyası Ihlas agentliyinə istinadla xəbər verir ki, ölkənin şimal-qərbində yerləşən Çanakkaledə yanğının söndürülməsi 40 saata yaxındır davam edir. Yanğınsöndürmə əməliyyatına 20-dən çox aviasiya vasitəsi, onlarla xüsusi texnika və 500-dən çox yanğınsöndürən cəlb olunub.

Türkiyənin Avropa hissəsindəki Tekirdağ vilayətində baş verən yanğın isə söndürülüb. Burada 300 hektardan çox meşə sahəsi yanıb.

Eyni zamanda ölkənin şərqində yerləşən Diyarbakır və Hatay vilayətlərində güclü meşə yanğınları davam edir. Hatayda yanğını iki sutkadan sonra nəzarət altına almaq mümkün olub. Cənubdakı Mersin vilayətində də meşə yanğınları səngimək bilmir.

Türkiyədə artıq bir həftədir isti və quraq hava şəraiti hökm sürür. Bəzi yerlərdə havanın hərarəti 45-47 dərəcəyə çatır. Bir sıra vilayətlərin hakimiyyət orqanları yanğın təhlükəsi səbəbindən meşə zonalarına girişi qadağan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM